Maide.az

İŞİD-in 12 yaraqlısı həbs edildi - Malayziyada

Malayziyada  İŞİD-in 12 yaraqlısı həbs edildi.Bu haqda məlumatı Reuters agentliyi yayıb. Məlumata görə, yaraqlılar Malayziyada saxlanılıb. Onlar Kuala-Lampur şəhərində terakt törətməyə cəhddə ittiham edilir.   Həbs edilənlərin yaşlarının 17-dən 41-dək olduğu deyilir.   Polis həbs zamanı yaraqlılardan çoxlu sayda partlayıcı maddə götürüb.   Qeyd edək ki, Malayziya polisi Facebook sosial şəbəkəsində İŞİD-in sıralarına insanları cəlb edən 500 nəfəri aşkar edib.