Maide.az

İŞİD-ə silahı Ərəbistan verirmiş

Londonun Silah  Elmi-Araşdırma Mərkəzi  “Peşmərgə”-nin  İŞİD terror təşkılatından ələ keçirdiyi silahları araşdırarkən belə bir bəyanat veriblər ki, İŞİD-in ixtiyarında olan tank əleyhinə raketlər Səudiyyə Ərəbistanın Suriyada  Bəşşar Əsədə qarşı döyüşən “Ən-Nüsra”-ya verdiyi raketlərlə eynidir.   Həmçinin Ərəbistanın “TOW” raketləri də İŞİD-in ixtiyarındadır.  Qeyd edək ki, 2013-ci ildə Səudiyyə Ərəbistan bu raketləri “Suriya Azad Ordusu”-na vermişdir.    İŞİD-in ən əsas silahı isə Səudiyyə Ərəbistanın tank əleyhinə olan 90 ml “Osas” raketlədir.  Mart ayında ABŞ “Suriya Azad Ordusu”-na “TOW” raketlərinin istifadəsinə lesenziya verib.  Lakin Ərəbistan lensenziyadan qabaq da onları bu silahla təmin edirdi.    İŞİD İraq və Suriya ordusundan oğurladığı silahlara da malikdir.    Həmçinin Silah Elmi-araşdırma Mərkəzinin bu siyahısında bildirilir ki, İŞİD-in ixtiyarında  Yuqoslaviya, Xorvatiya və Çindən gələn atıcı silahlar da mövcuddur.