Maide.az

DÇ-2018: İkinci finalçının adı məlum olacaq

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında ikinci yarımfinal oyunu keçiriləcək.   Maide.Az "Sputnik"ə istinadən xəbər verir ki, ikinci yarımfinalda İngiltərə və Xorvatiya yığmaları qarşılaşacaq.   Mübarizəyə G qrupunda başlayan İngiltərə 1/8 finalda Kolumbiyanı, 1/4 finalda isə İsveçi məğlub edib. Qrup mərhələsində D qrupunda lider olan Xorvatiya isə 1/8 və 1/4 finalda müvafiq olaraq Danimarka və Rusiyanı məğlubiyyətə uğradıb.   İngiltərə yığması tarixində bir dəfə — 1966-cı ildə çempion olub. Xorvatiya isə ilk dəfə finala çıxa bilər.   Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq və Moskvanın "Lujniki" stadionunda baş tutacaq.   Oyunu türkiyəli referi Cüneyt Çakırın başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.