Maide.az

DÇ-2018-in seçmə qrup mərhələsi çərçivəsində IX tura yekun vurulacaq

Bu gün DÇ-2018-in seçmə mərhələsi çərçivəsində IX tura yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, son olaraq A, B və H qrupundakı komandalar meydana çıxacaqlar.   A qrupunda iddiaçılar Fransa, İsveç və Hollandiya uyğun olaraq Bolqarıstan, Lüksemburq və Belarusla qarşılaşacaqlar.   B qrupunda isə Portuqaliya və İsveçrə son turdakı liderlik savaşından öncə sürpriz xal itkisinə yol vermək istəmirlər.   H qrupunda mundiala vəsiqəni təmin etmiş Belçika Bosniya və Hersoqovina səfərinə yollanacaq. Bosniyalılar ikinciliyi əldən verməmək üçün mütləq qələbə qazanmalıdır. İkinci pillənin digər iddiaçısı Yunanıstan isə Kiprlə üz-üzə gələcək.   DÇ-2018-in seçmə mərhələsi Avropa zonası IX tur, 7 oktyabr   A qrupu 22:45. Bolqarıstan – Fransa 22:45. İsveç – Lüksemburq 22:45. Belarus – Hollandiya   1. Fransa 8 5 2 1 15-5 17 2. İsveç 8 5 1 2 18-7 16 3. Hollandiya 8 4 1 3 16-11 13 4. Bolqarıstan 8 4 0 4 13-17 12 5. Lüksemburg 8 1 2 5 7-17 5 6. Belarus 8 1 2 5 4-16 5     B qrupu 20:00. Farer adaları – Latviya 22:45. İsveçrə - Macarıstan 22:45. Andorra - Portuqaliya   1. İsveçrə 8 8 0 0 18-3 24 2. Portuqaliya 8 7 0 1 28-4 21 3. Macarıstan 8 3 1 4 11-9 10 4. Farer Adaları 8 2 2 4 4-15 8 5. Andorra 8 1 1 6 2-17 4 6. Latviya 8 1 0 7 3-18 3   H qrupu 20:00. Cəbəllütariq – Estoniya 22:45. Kipr - Yunanıstan 22:45. Bosniya və Herseqovina - Belçika    1. Belçika 8 7 1 0 35-3 22 2. Bosniya və Hersoqovina 8 4 2 2 19-8 14 3. Yunanıstan 8 3 4 1 11-5 13 4. Kipr 8 3 1 4 8-12 10 5. Estoniya 8 2 2 4 6-17 8 6. Cəbəllütariq 8 0 0 8 3-37 0