Maide.az

DÇ-2018-in seçmə qrup mərhələsi çərçivəsində VIII turun son oyunları keçirilib - VİDEO

2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində VIII turun son oyunları keçirilib.   9 qarşılaşma D, G və İ qruplarını əhatə edib.   Günün ən önəmli qarşılaşmalarından biri D qrupunda İrlandiya ilə Serbiya arasında olub. Qonaqlar minimal hesablı qələbə qazanaraq, Rusiyada təşkil olunacaq final mərhələsinə vəsiqəni qrup lideri kimi böyük ölçüdə təmin ediblər.   G qrupunda İspaniya səfərdə Lixtenşteynə 8 cavabsız qolla qalib gəlib. İtaliya İsraili minimal hesabla yenərək, birinci pilləyə olan iddiasını davam etdirib. Əvəzində Albaniya səfərdə Makedoniya ilə heç-heçə edərək, birbaşa vəsiqə şanslarını itirib.   İ qrupunda isə Türkiyə millisi Xorvatiya üzərində vacib qələbə qazanıb. Cenk Tosunun 75-ci dəqiqədə vurduğu qol "ay-ulduzlular"ı final mərhələsinə hətta qrup lideri kimi qatılmağa ümidləndirib. Mirça Luçeskunun baş məşqçi olduğu komandaya İslandiyanın Ukraynanı yenməsi də yardımçı olub. (report) /   D qrupu 22:45. Avstriya – Gürcüstan - 1:1 Qollar: Luis Şaub, 43 - Valerian Qviliya, 8   22:45. İrlandiya – Serbiya - 0:1 Qol: Aleksandar Kolarov, 55   22:45. Moldova – Uels - 0:2 Qollar: Hal Robson-Kanu, 80. Aaron Remzi, 90+3   Xal durumu: Serbiya - 18, Uels - 14, İrlandiya - 13, Avstriya - 9, Gürcüstan - 5, Moldova - 2.   G qrupu 22:45. Makedoniya – Albaniya - 1:1 Qollar: Aleksandar Traykovski, 78-penalti ilə - Odise Roşi, 53   22:45. Lixtenşteyn – İspaniya - 0:8 Qollar: Serxio Ramos, 3. İsko, 16. Alvaro Morata, 16; 54. David Silva, 39. Yaqo Aspas, 51; 63. Xerard Dölofö, 89   22:45. İtaliya – İsrail - 1:0 Qol: Çiro İmmobile, 53 Xal durumu: İspaniya - 22, İtaliya - 19, Albaniya - 13, İsrail - 9, Makedoniya - 7, Lixtenşteyn - 0.   İ qrupu 22:45. Kosova – Finlandiya - 0:1 Qol: Teemu Pukki, 83   22:45. İslandiya – Ukrayna - 2:0 Qol: Gilfi Siqurdsson, 47; 66   22:45. Türkiyə - Xorvatiya - 1:0 Qol: Cenk Tosun, 75 Xal durumu: Xorvatiya - 16, İslandiya - 16, Ukrayna - 14, Türkiyə - 14, Finlandiya - 7, Kosova - 1.

Турция - Хорватия от ФУТБОЛЬНЫЕ ОБЗОРЫ на Rutube.

Лихтенштейн - Испания 0:8 от ФУТБОЛЬНЫЕ ОБЗОРЫ на Rutube.

Исландия - Украина от ФУТБОЛЬНЫЕ ОБЗОРЫ на Rutube.