Maide.az

DÇ-2018-in seçmə mərhələsində növbəti oyunlar keçiriləcək

Bütün matçlar Avropa zonasında baş tutacaq   Bu gün futbol üzrə 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçiriləcək.    Bütün matçlar Azərbaycan yığmasının da yer aldığı Avropa zonasında baş tutacaq.   C qrupunda Azərbaycan Şimali İrlandiyanı qəbul edəcəyi halda, lider Almaniya son sıradakı San Marinonu sınağa çəkəcək. Digər görüş isə Norveçlə Çexiya arasında olacaq.   E qrupunda ilk pillədə qərarlaşan Polşa Rumıniyanı sınağa çəkəcək. F qrupunun lideri İngiltərə isə Şotlandiyanın qonağı olacaq. (report) /   2018-ci il dünya çempionatının seçmə mərhələsi Avropa zonası, VI tur  C qrupu 20:00. Azərbaycan - Şimali İrlandiya 22:45. Almaniya - San Marino 22:45. Norveç - Çexiya Xal durumu: Almaniya - 15; Şimali İrlandiya - 10, Çexiya - 8, Azərbaycan - 7, Norveç - 3, San Marino - 0.   E qrupu 20:00. Qazaxıstan - Danimarka 22:45. Monteneqro - Ermənistan 22:45. Polşa - Rumıniya Xal durumu: Polşa - 13, Monteneqro, Danimarka - 7, Rumıniya, Ermənistan - 6, Qazaxıstan - 2.   F qrupu 20:00. Şotlandiya - İngiltərə 20:00. Sloveniya - Malta 22:45. Litva – Slovakiya Xal durumu: İngiltərə - 13, Slovakiya - 9 , Sloveniya - 8, Şotlandiya - 7, Litva - 5, Malta - 0.