Maide.az

DÇ-2018-in seçmə qrup mərhələsində növbəti turun oyunlarına start verilib - VİDEO

DÇ-2018-in seçmə mərhələsində Avropa zonası üzrə VI tura start verilib. Apasport.az saytının məlumatına görə, A, B və H qrupunda baş tutan matçlarda növbəti oyunlar keçirilib.   A qrupunda İsveç - Fransa oyunu liderin bəlli olması baxımından əhəmiyyətli olub. Meydan sahibləri qalib gələrək, birinci pilləyə yüksəliblər. Mərhələni yaxşı keçirməyən Hollandiya zəif Lüksemburqu darmadağın edib. Belarus isə Bolqarıstanı xalsız qoyub.   B qrupunun lideri İsveçrə Farer Adalarını, ikinci Portuqaliya isə Latviyanı məğlub edib.   H qrupunda isə Bosniya və Hersoqovina – Yunanıstan matçında hesab açılmayıb. Lider Belçika isə ortabab Estoniyaya iki cavabsız qol vurub. /   DÇ-2018-in seçmə mərhələsi VI tur 9 iyun   A qrupu Belarus – Bolqarıstan - 2:1 Qollar: Sivakov, 33, Savitski, 80 - Dyakov, 90+1   Hollandiya – Lüksemburq - 5:0 Qollar: Robben, 21, Sneyder, 34, Viynaldum, 62, Promes, 70, Yanssen, 84 (pen.)   İsveç – Fransa - 2:1 Qollar: Cimmi Durmaz, 43, Tayvonen, 90+4 - Jiru, 37     B qrupu Andorra – Macarıstan - 1:0 Qol: Rebes, 26   Farer Adaları – İsveçrə - 0:2 Qollar: Caka, 36, Şakiri, 59   Latviya – Portuqaliya - 0:3 Qol: Ronaldo, 41, 63, Silva, 67   H qrupu Bosniya və Herseqovina – Yunanıstan - 0:0   Cəbəllütariq – Kipr - 1:2 Qollar: Hernandez, 30 - Çipolina, 10 (öz qapısına), Sotiriu, 81   Estoniya – Belçika - 0:2 Qol: Mertens, 31, Şadli, 86

Швеция - Франция 2:1. Обзор матча. Квалификация ЧМ-2018. от GOALTIME - ФУТБОЛЬНЫЕ ОБЗОРЫ на Rutube.

Латвия - Португалия 0:3. Обзор матча. Квалификация ЧМ-2018. от GOALTIME - ФУТБОЛЬНЫЕ ОБЗОРЫ на Rutube.

Нидерланды - Люксембург 5:0. Обзор матча. Квалификация ЧМ-2018. от GOALTIME - ФУТБОЛЬНЫЕ ОБЗОРЫ на Rutube.