Maide.az

DÇ-2018: Fransa və Portuqaliya mundiala vəsiqə qazanıb

DÇ-2018-in seçmə mərhələsində Avropa zonasında qrup oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, sonuncu oyun günündə A, B və H qrupundakı komandaların taleyinə aydınlıq gəlib.   A qrupunda Fransa ilk pillədə qərarlaşaraq, mundiala birbaşa yollanmaq hüququ qazanıb. İkinci yerin sahibi isə İsveç yığması olub. Onlar sonuncu turda Hollandiyaya 0:2 hesabı ilə uduzsalar da, pley-offa yüksəliblər.    B qrupunda birinci yer uğrunda mübarizə sona qədər davam edib. Yekunda İsveçrəni 2:0 hesabı ilə üstələyən Portuqaliya millisi dünya çempionatının final mərhələsinə birbaşa yollanacaq komanda adına yiyələnib. İsveçrə isə qrup ikincisi kimi pley-offda iştirak edəcək.    H qrupunun birincisinin Belçika yığması olacağı əvvəldən məlum idi. İkincilik uğrunda mübarizədə isə Yunanıstan üstün tərəf olub və pley-offa qatılmaq hüququna yiyələnib.        DÇ-2018-in seçmə mərhələsi Avropa zonası X tur   A qrupu Hollandiya - İsveç - 2:0 Qollar: Robben, 15 (pen.), 40 Fransa - Belarus - 2:1 Qollar: Qrizmann, 27; Jiru, 33 - Saroka, 44 Lüksemburq – Bolqarıstan - 1:1 Qollar: Till, 3 - Çoçev, 68   1. Fransa 10 7 2 1 18:6 23 2. İsveç 10 6 1 3 26:9 19 3. Hollandiya 10 6 1 3 21:12 19 4. Bolqarıstan 10 4 1 5 14:19 13 5. Lüksemburq 10 1 3 6 8:26 6 6. Belarus 10 1 2 7 6:21 5   B qrupu Portuqaliya - İsveçrə - 2:0 Qollar: Curu, 41 (avtoqol); Andre Silva, 57 Macarıstan - Farer adaları - 1:0 Qol: Bode, 81 Latviya – Andorra - 4:0 Qollar: İkaunieks, 11; Sabala, 19, 59; Tarasovs, 63   1. Portuqaliya 10 9 0 1 32:4 27 2. İsveçrə 10 9 0 1 23:7 27 3. Macarıstan 10 4 1 5 14:14 13 4. Farer Adaları 10 2 3 5 4:16 9 5. Latviya 10 2 1 7 7:18 7 6. Andorra 10 1 1 8 2:23 4   H qrupu Yunanıstan - Cəbəllütariq - 4:0 Qollar: Torosidis, 32; Mitroğlu, 61, 63; Canniotas, 78 Estoniya - Bosniya və Herseqovina - 1:2 Qollar: Antonov, 75 - Hayroviç, 48, 84 Belçika - Kipr - 4:0 Qollar: Azar, 12, 52, 62 (pen.); Lukaku, 78   1. Belçika  10 9 1 0 43:6 28 2. Yunanıstan 10 5 4 1 17:6 19 3. Bosniya və Hersoqovina 10 5 2 3 24:13 17 4. Estoniya 10 3 2 5 13:19 11 5. Kipr 10 3 1 6 9:18 10 6. Cəbəllütariq 10 0 0 10 3:47 0