Maide.az

DÇ-2018: Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb

2018-ci il dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.  Maide.Az bildirir ki, "Report"un məlumatına görə, İsveçrənin Sürix şəhərində təşkil olunmuş tədbirə seçmə mərhələdə qrup 2-cisi olan 8 komanda qatılıb. Püşkatma nəticəsində onlar 4 cütə bölünüblər: Şimali İrlandiya - İsveçrə Xorvatiya - Yunanıstan Danimarka - İrlandiya İsveç - İtaliya İlk oyunlar 9 - 11 noyabrda, cavab görüşləri 12 - 14 noyabrda keçiriləcək. İndiyədək dünya çempionatına 22 ölkə yığması vəsiqə qazanıb: Avropa: İngiltərə, Belçika, İslandiya, İspaniya, Almaniya, Polşa, Serbiya, Fransa Cənubi Amerika: Argentina, Braziliya, Kolumbiya, Uruqvay Şimali Amerika: Kosta Rika, Meksika, Panama Asiya: İran, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Yaponiya Afrika: Nigeriya, Misir Qeyd edək ki, dünya çempionatı gələn il iyunun 14-dən iyulun 15-dək Rusiyada təşkil olunacaq.