Maide.az

DÇ-2014-ün finalında Almaniya və Argentina qarşılaşacaq

DÇ-2014-ün digər finalçısının adı məlum oldu. Yarımfinal matçında Argentina və Hollandiya milliləri üz-üzə gəldilər. Qarşılaşmanın əsas vaxtı başa çatdıqdan sonra artırma dəqiqələrini də oynayan komandalar fərqlənə bilməyiblər. Penlatilər seriyasında isə Argentina 4-2 hesabı ilə qalib gəlib.   Finalda Almaniyanın rəqibi Argentina olacaq. Hollandiya isə iyulun 12-də üçüncü yer uğrunda Braziliya ilə üz-üzə gələcək.   9 iyul   "DÇ-2014", yarımfinal mərhələsi   01:00. Hollandiya - Argentina - 0:0 (Penaltilər seriyası - 4:2) Baş hakim: Cüneyt Çakır (Türkiyə)   PENALTİLƏR SERİYASI:   Hollandiya: - + - +   Argentina: + + + +     8 iyul   01:00. Braziliya - Almaniya - 1:7 Qollar: Müller, 11 (0:1), Kloze,23 (0:2), Kros, 24 (0:3), 26 (0:4), Xedira, 29 (0:5), Şürle, 69 (0:6), 78 (0:7), Oskar, 90 (1:7) Baş hakim: Marko Rodriqes (Meksika) "Estadio Mineyrao". Belo Horizonte