Maide.az

İctimaiyyət təmsilçiləri Hacı Sərdar Hacıhəsənlinin azadlığa buraxılması üçün müraciət etdi

Biz, aşağıda imza edənlər, görkəmli ruhanı, tanınmış ilahiyyatçı, “Maide.az” saytının baş redaktoru Hacı Sərdar Hacıhəsənlinin həbsi ilə bağlı dərin narahatlığımızı bəyan edirik.   Hacı Sərdar Hacıhəsənli (Hacı Sərdar Babayev) cəmlə ibadət yerinə yetirdiyinə görə həbs edilib. Bir halda ki, qanunlarımız insanların cəmlə ibadət etmək hüququnu birmənalı olaraq təsbit edir. Konstitusiyanın 48.II, 71.II, 71.IV, 71.V maddələrinə görə, hər kəsin dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz, heç bir halda heç kəs din, vicdan, fikir və əqidəsini açıqlamağa görə təqsirləndirilə bilməz. Bundan əlavə, Azərbaycan hökumətinin qoşulduğu BMT-nin Mülki və Siyasi Hüquqlar haqqında Paktında (maddə 18), BMT-nin İnsan Haqları Ümumi Bəyannaməsində (maddə 18), İnsan Haqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasında (maddə 9) birmənalı olaraq, dini etiqad azadlığı, o cümlədən kollektiv ibadət hüququ birmənalı surətdə təsdiqlənir.   Hacı Sərdar Hacıhəsənli heç bir kəsin hüququna qəsd etməyib, ictimai asayişi pozmayıb.   Bununla yanaşı, məlum olmuşdur ki, Hacı Sərdar Hacıhəsənlini cümə namazı qılmağa bölgənin rəsmi qazisi dəvət etmişdir.   Birmənalı olaraq, əminik ki, Hacı Sərdar Hacıhəsənlinin həbsi – əsassız və səhv addımdır. Eyni zamanda, milli-mənəvi dəyərlərimizə qarşı bir hörmətsizlikdir.   Bunları nəzərə alaraq, Hacı Sərdar Hacıhəsənlinin həbsini insan haqlarının və əsas azadlıqlarının pozulması kimi qiymətləndirir, ona qarşı edilən hərəkətləri təqib kimi dəyərləndiririk.   Əlaqədar orqanlara, Hacı Sərdar Hacıhəsənlini dərhal azadlığa buraxmaqla bağlı çağırış edirik.   1. Hacı İlqar İbrahimoğlu – DEVAMM-ın sədri 2. Akif Nağı – Qarabağ Azadlıq Təşkilatının sədri 3. Arif Hacılı – Müsavat partiyasının başqanı 4. Aygün Muradxanlı – tanınmış jurnalist 5. Azər Qasımlı – “Real” TK koordinatoru, ictimai-siyasi məsələlər üzrə katib 6. Azər Rəşidoğlu – siyasi icmalçı, jurnalist-publisist 7. Eldəniz Quliyev – Azərbaycan Ziyalı Hərəkatının sədri 8. Ellada Məmmədli – ictimai-siyasi xadim 9. Elşən Həsənov – Siyasi Məhbuslar üzrə Monitorinq Mərkəzinin rəhbəri 10. Ədalət Usubov – ictimai-siyasi xadim 11. Əli Kərimli – AXCP sədri 12. Əsabəli Mustafayev – vəkil, "Demokratiya və İnsan Hüquqları" qurumunun rəhbəri 13. Əvəz Həsənov – Humanitar Tədqiqatlar İctimai Birliyinin direktoru 14. Gözəl Bayramlı – AXCP sədrinin müavini 15. Gülağa Aslanlı – ictimai-siyasi xadim, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru 16. Hacı İlham Əliyev - AİP-in sədr əvəzi 17. Hikmət Hacızadə - Siyasi Araşdırmalar Mərkəzinin (FAR-Centre) rəhbəri 18. Xalid Ağaliyev – hüquqşünas 19. Xədicə İsmayıl – tanınmış jurnalist, araşdırmaçı 20. İkram İsrafil – sabiq millət vəkili 21. İqbal Ağazadə - “Ümid” partiyasının sədri 22. İntiqam Əliyev – Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri 23. İsa Qəmbər – Milli Strateji Düşüncə Mərkəzinin sədri 24. Kamran Mahmudov – müstəqil jurnalist 25. Qadir İbrahimli – iqtisadi icmalçı, jurnalist 26. Qubad İbadoğlu – İctimai Təşəbbüslər Mərkəzinin sədri 27. Leyla Əliyeva – politoloq-alim 28. Mehman Əliyev – “Turan” informasiya agentliyinin direktoru 29. Mehriban Vəzir – yazıçı-publisist 30. Mirvari Qəhrəmanlı – "Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" İB rəhbəri 31. Mürtəza Bünyadlı – jurnalist-publisist 32. Namizəd Səfərov – ictimai-siyasi xadim, vəkil 33. Natiq Cəfərli – iqtisadçı-ekspert 34. Nemət Əliyev – iqtisadçı ekspert, analitk 35. Niyazi Mehdi – professor, filosof 36. Novella Cəfəroğlu – Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri 37. Pənah Hüseyn – sabiq baş nazir 38. Rəsul Cəfərov – İnsan Hüquqları Klubunun sədri 39. Rəşid Hacılı - Media Hüququ İnstitutunun rəhbəri 40. Rövşən Əhmədli – Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri 41. Ruslan İzzətli – D-18 hərəkatının başqanı 42. Samir Əsədli – VHP Mərkəzi İcra Aparatının rəhbəri 43. Samir Kazımlı – hüquq müdafiəçisi, jurnalist 44. Sevil Yüzbaşeva – Eko-Aləm İB-nin sədri 45. Səidə Qocamanlı – İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri 46. Şahin Rzayev – tanınmış jurnalist 47. Şahvələd Çobanoğlu – tanınmış jurnalist, publisist 48. Tofiq Türkel – jurnalist, siyasi analitik 49. Tural Abbaslı – “Ağ partiya” başqanı 50. Turqut Qəmbər - NİDA” Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü 51. Vahid Məhərrəmov – Economic Research Center qurumunun eksperti 52. Vidadi Mirkamal – ictimai-siyasi xadim, ədliyyə generalı 53. Yadigar Sadıqov – Musavat partiyası başqanının müşaviri 54. Zamin Hacı – tanınmış jurnalist 55. Zaur Əkbər – Gənclərin Atlantik Assosiasiyasının rəhbəri 56. Zərdüşt Əlizadə - siyasi analitik, politoloq 57. Zöhrab İsmayıl – Azad İqtisadiyyata Yardım İB-nin rəhbəri   (deyerler.org)