Maide.az

Con Kerri və Sergey Lavrov Suriyadakı vəziyyəti müzakirə ediblər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı baş tutub.   SalamNews-un RİA “Novosti”yə istinadla verdiyi xəbərə görə, tərəflər söhbət zamanı Suriyadakı vəziyyəti müzakirə ediblər.   “Suriyada kök salmış terror qruplaşmalarına qarşı mübarizədə Rusiya-ABŞ qarşılıqlı fəaliyyətinin perspektivləri də daxil olmaqla Suriyadakı vəziyyət diqqət mərkəzində olub.”, - Rusiya Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.   S.Lavrovun "Suriyanın ABŞ-la əlaqəli müxalifətinin fəal hücum fəaliyyəti həyata keçirən terrorçulardan tez bir zamanda ayrılmasının vacibliyini" qeyd etdiyi bildirilir.   Bundan əvvəl Rusiya XİN Suriyada terrorçuları müxalifətdən ayırmaq məsələsində inkişafın olduğunu bəyan edib.