Coca-Cola şirkəti dünyanı məhv edir - Şok faktlar
İngiltərə qəzetlərinin biri Coca-Cola şirkətinin dünyaya verdiyi zərərləri araşdırıb. Tom Bauden adlı bir jurnalistin araşdırmasına görə bu şirkətin okeanlara verdiyi ziyanlar şok edici dərəcədədir. 500 fərqli marka altında olan Coca-Cola hər il 100 milyarddan çox bir dəfəlik istifadə butulkalarında satılır. Hələ 2010-cu ildə Coca-Cola bir dəfəlik istifadə üçün bu butulkaların normal bir vasitə olmadığını bildirmişdi. Coca-Colanın hər saniyə 3500 butulka satdığı məlum olub. İngiltərən Yaşıllar partiyasının lideri Karolina Lukas Coca-Colanın bu çirkləndirmə siyasətinin artıq yolverilməz olduğunu açıqlayıb. Yaşıllar partiyasının okeanlar üzrə təmsilçisi isə: "Coca-Cola plastik çirkləndirmə roluna görə məsuliyyət daşımaq istəmir. Amma okeanların mədəsində də daha buna yer qalmayıb" -deyə bildirib. 35 milyardlıq funt sterlinq büdcəyə sahib olan bu şirkətin illik gəliri 6,5 milyard funt sterlinqdir. Qəzet bildirir ki, Coca-Cola hər il öz reklamına 3,2 milyard funt sterlinq xərcləyir. Hər il dünyada 1,9 milyar Coca-Cola satılır. (islaminsesi) /