Maide.az

`Coca-Cola`da işləmək istəyənlərə bəd xəbər

ABŞ-ın "Coca-Cola" şirkəti son 15 il ərzində ən böyük işçi ixtisarına hazırlaşır. Trend-in çərşənbə günü RİA Novosti-yə istinadən verdiyi məlumata görə, şirkət yaxın həftə ərzində dünya üzrə 1000-2000 əməkdaşını işdən çıxartmağı planlaşdırır. İxtisarlar şirkətin daha çox Atlanta, Corciyadakı müəssələrini əhatə edəcək. 2013-cü ilin sonuna olan məlumata görə, "Coca Cola"da işləyənlərin ümumi sayı 130,6 min nəfər təşkil edib. Şirkət əməkdaşlarını işdən çıxarmaqla xərclərə 3 milyard dollar qənaət etmək niyyətindədir./