Maide.az

Co Bayden iranlı nüvə aliminə qarşı terrora münasibət bildirib

ABŞ prezident seçkilərində qalib gələn demokratların namizədi Co Bayden iranlı nüvə alimi Möhsün Fəxrizadəyə qarşı terrora münasibət bildirib.   SalamNews İSNA-a istinadla xəbər verir ki, Co Bayden ötən gün CNN-ə açıqlamasında Donald Trampın İrana qarşı siyasətini, xüsusilə də nüvə sazişindən çıxmasını tənqid edərək, Möhsün Fəxrizadənin terror edilməsinə münasibət bildirib.   O qeyd edib ki, bu terrorun gələcək ABŞ hökumətilə İranın münasibətlərinə nə qədər ziyan vuracağını demək onun üçün çətindir.   Qeyd edək ki, Co Bayden nüvə sazişinə qayıtmağın tərəfdarı olduğunu bildirib. Lakin o bu sazişə ballistik raketlər proqramı kimi əlavələrin edilməsinin zəruri olduğunu deyib. İran isə bunu qətiyyətlə rədd edir.