CNN: Çin Şimali Koreya ilə hava əlaqələrini kəsib
Çin hökuməti Koreya Xalq Demokratik Respublikasının (KXDR) ərazisinə sərnişin təyyarələrinin uçuşlarını dayandırıb. Bu barədə ictimaiyyətə "CNN" telekanalı məlumat verib. . Buna qədər Çin ərazisindən KXDR-ə uçuşlar Pekin və Şanxaydan həyata keçirilirdi. Rəsmi Pekindən məlumat təsdiqlənməsə də, uçuşların ləğvi Koreya yarımadasında vəziyyətin gərginləşməsi ilə bağlı ola bilər. (faktxeber) /