Maide.az

Cinayətkarlar bu üsulla yaxalanacaq - Yeni cihaz hazırlandı

Amerikalı və hollandiyalı alimlər şəxsiyyəti müəyyən edilməyən bir insandan götürülən DNT nümunəsindən onun saç, göz və dəri rəngini təxmin edən cihaz hazırlayıblar.   Maide.Az xarici mətbuata istinadən xəbər verir ki, bu yenilik daha çox cinayətkarların müəyyən edilməsində hüquq-mühafizə orqanlarının işinə dəstək olacaq.   Bununla da cinayətkarın “robot” fotosunun hazırlanması daha da asanlaşacaq.