Ceyms Uorlik: `Yaranmış gərginlik helikopterin ekipaj üzvlərinin cəsədlərini götürməyə kömək etməyəcək`
"Dağlıq Qarabağ münaqişəsində gərginliyin artması vurulmuş helikopterin ekipaj üzvlərinin cəsədlərini götürməyə kömək etməyəcək". Maide.az-ın məlumatına görə, bunu öz "Twitter" səhifəsində ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik yazıb. "Biz tərəfləri dialoq və diplomatiyaya çağırırıq", - deyə diplomat vurğulayıb.