Maide.az

Ceyhun Bayramov Xarici işlər naziri təyin edilib

İyulun 16-da sərəncam imzalayan prezident İlham Əliyev Elmar Məmmədyarovu xarici işlər naziri vəzifəsindən azad edib. O, 2004-cü il aprelin 2-dən nazir idi.   Maide.Az "َAPA"-a istinadla xəbər verir ki, Prezidentin başqa sərəncamı ilə Ceyhun Bayramov xarici işlər naziri təyin olunub. O, 23 aprel 2018-ci ildən təhsil naziri idi.