Cavadeyn (ə) İmamlarının hərəminin minarəsinin təmiri başlandı - FOTO
İraqın Kazimeyn şəhərindəki Cavadeyn (ə) imamlarının mütəhhər hərəminin şimal-şərq minarəsinin bərpası və yenidənqurulması işlərinə başlanılıb. Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, hərəmin rəhbərliyi tərəfindən verilən məlumatda, təmir, bərpa və yenidənqurma işlərinin minarənin tarixi arxitekturasının qorunaraq aparılacağı bildirilib. Artıq minarənin ətrafına dəmir konstruksiya bərkidilib.