Maide.az

Cəlilabadda məktəb yanıb

Cəlilabad rayonunda yanğın olub.    Maide.Az "Report"a istinadla xəbər verir ki, hadisə rayonunun Cəfərli kəndində, orta məktəb binasında baş verib.   Nəticədə ümumi sahəsi 170 m² olan birmərtəbəli, dördotaqlı orta məktəb binasının iki otağının və dəhlizinin yanar konstruksiyaları 96 m² sahədə yanıb.   Yanğın söndürülüb.   Faktla bağlı araşdırma aparılır.