Maide.az

Cəlilabadda yük maşını ilə mikroavtobus toqquşub

Cəlilabad rayonunda baş vermiş ağır yol qəzasında ölən şəxsin də adı məlum olub.   APA-nın cənub bürosunun məlumatına görə, bu mikroavtobusun sürücüsü, Masallı rayonunun Kolatan kənd sakini, 1969-cu il təvəllüdlü İmran Dadaşbala oğlu Dadaşovdur.   Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.   Mikroavtobusun Rusiyanın Sankt-Peterburq şəhərindən Masallı rayonuna hərəkət etdiyi bildirilir. İlkin ehtimala əsasən, qəzanın baş verməsinə səbəb sürücünü sükan arxasında yuxu tutması olub.   Faktla bağlı araşdırma aparılır.