Maide.az

Cənubi Afrika Respublikasında İmam Hüseyn (ə) məscidinə hücum edildi -VİDEO

Ötən gün Cənubi Afrika Respublikasının Durmban şəhərində yerləşən İmam Hüseyn (ə) məscidinə hücum edilib. Maide.Az "eastnews.org"-a istinadən xəbər veri rki, hücum nəticəsində bir nəfər həyatını itirib, 3 nəfərin isə vəziyyətinin ağır olduğu bildirlir. Hücum nəticəsində məscidin kitabxanası yandırılıb. Hadisə ilə bağlı araşadırmaların başlandığı qeyd edilir. Hücumun motivləri və kimlər tərəfindən törədildiyi barədə isə məlumat verilmir.