Cənubi Koreyada xəstəxanada yanğın nəticəsində ölənlərin sayı 41-ə çatıb
Cənubi Koreyada xəstəxanada yanğın nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb. Maide.Az -ın “haberler.com”-a istinadən verdiyi xəbərə görə, yanğın Milyanq şəhərində Kral Secon adına xəstəxanada baş verib. Yanğın nəticəsində daha 40 nəfərə tibbi yardın göstərilib. Yanğının binanın birinci mərtəbəsində yerləşən təxirəsalınmaz tibbi yardım şöbəsində başladığı ehtimal olunur. Yanğını 3 saata söndürmək mümkün olub. Yanğın baş verdiyi zaman xəstəxanada 200 -dən çox xəstə və tibb işçisini olduğu bildirilir. Xəstəxanaya 2008-ci ildə istifadəyə verilmişdir.