Maide.az

Cənub bölgəsində zəlzələ baş verib

Azərbaycanın cənub bölgəsində zəlzələ baş verib. APA-nın cənub bürosunun xəbərinə görə,  zəlzələ yerli vaxtla 03:16-da qeydə alınıb.   Yeraltı təkanlar bölgənin Lənkəran və Masallı rayonlarında daha çox hiss olunub.   Zəlzələ Lənkəranın Separadi, Cil, Vilvan və Zövlə, Masallının Boradigah, Böyük Xocəvər, Qızılavar və Bədəlan kəndləri ərazisində, təxminən 3-4 bal gücündə hiss olunub.   Adıçəkilən ərazilərdə dağıntının olmadığı bildirilir.