Maide.az

Cəlilabad rayonunda xeyli yaşayış evi su altında qalıb

Hadisə rayonun Alar kəndində qarın əriməsi səbəbindən baş verib   Qarın əriməsi səbəbindən Cəlilabad rayonunda xeyli yaşayış evi su altında qalıb.   İnterAz-ın verdiyi məlumata görə, rayonun Alar kəndində qar əriməsi səbəbindən yaşayış evlərini su basıb.   Hazırda Fövqəladə Hallar Nazirliyinin 3 texnikası və xeyli sayda canlı qüvvəsi ərazidə çalışır. Xeyli yaşayış evini su basdığı bildirilir.   Su basmaya səbəb kimi dağlıq ərazidə qarın əriməsi göstərilir. /