Maide.az

Cənubi Koreya şirkəti İranda 1,9 mlrd. dollarlıq neft emalı zavodu tikəcək

Bununla bağlı rəsmi sənəd gələn həftə imzalanacaq   Cənubi Koreyanın "Daelim" şirkəti İranla neft emalı gücünün genişləndirilməsi üzrə əqdlər bağlamaq üçün dövlət prioriteti alıb.   "Report" "Yonhap"a istinadən xəbər verir ki, sövdələşmənin dəyəri 1,9 mlrd. dollar məbləğində qiymətləndirilir.   Şirkət İranda neft emalı zavodunun tikintisi ilə məşğul olacaq.   Tərəflər 4 illik rəsmi müqavilə sənədinə gələn həftə imza atacaqlar. /