Maide.az

Cəzaçəkmə Müəssisəsində məhbus ölüb

Azərbaycanda daha bir məhkum dünyasını dəyişib.   Hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum, 1967-ci il təvəllüdlü Əlişah Əliş oğlu Məlikov qəfildən vəfat edib. Ölümün səbəblərinin müəyyənləşdirməkdən ötrü ekspertiza təyin olunub.   Faktla bağlı araşdırma aparılır.   Qeyd edək ki, son günlər məhkumlar arasında ölüm halları artıb. (faktxeber)