Maide.az

Cəfəri dəmləməsinin faydaları

Keçmişdə cəfəri ən faydalı otlardan sayılırdı. Bu səbəbdən də gündəlik qidada cəfəri yeyilir, bu otun dəmləməsi içilir, dəmləməsi ilə üz yuyurdular.   Cəfəri dəmləməsi həqiqətən çox faydalıdır: - orqanizmi ziyanlı maddələrdən təmizləyir - arıqlamağa kömək edir - dərinin vəziyyətini yaxşılaşdırır - ürəyin fəaliyyətinə mübət təsir edir, ürəyə düşən gərginliyi azaldır - böyrəkləri duzlardan və qumdan təmizləyir - sakitləşdirir, beyinin fəaliyyətini yaxşılaşdırır - mübadilə proseslərini yaxşılaşdırır - orqanizmə iltihab və xərçəng əleyhinə təsir edir - qanda şəkərin səviyyəsini aşağı salır və bu səbəbdən diabet xəstəliyi zamanı faydalıdır - soyuqdəymə və qripp zamanı xəstənin vəziyyətini yüngülləşdirir, hərarətin düşməsinə kömək edir.   Cəfəri dəmləməsini hazırlamaq üçün 2 x.q. doğranmış cəfəri (qövdələr də istifadə olunur) termosa qoyulur, üzərinə 1 stəkan isti su tökülür, 1 saat ərzində dəmlənir və gündə 3 dəfə 1/3 stəkan olmaqla yeməkdən 30 dəqiqə əvvəl içilir. Müalicə kursu - 2 həftə. Sonra 2 həftə fasilə verin və yenə 2 həftə için. (saglamolun.az) /