Cənubi Amerikada Quran yarışı keçirilib
Cənubi Amerikanın şimal şərqində yerləşən Qayananın paytaxtı Corctaun şəhərində Quran yarışı keçirilib. Maide.az xəbər verir ki, yarışda Quran tilavəti və hifzi üzrə 38 yarışmaçı iştirak edib. Yarışın keçirilməsindən məqsəd müsəlman ailələrdə Quranın öyrənilməsi və hifzinə marağın artırlmasıdır. Qaliblərə qiymətli hədiyyələr təqdim olunub. Qayana Cənubi Amerikanın şimal şərqində yerləşən dövlət. Şimalda Atlantik okeanı, qərbdə – Venesuela, cənubda – Braziliya, şərqdə isə Surinam ilə həmsərhəddir. Birlik ölkərinə daxildir. Dövlət dili ingilis dilidir. Paytaxtı – Corctaun. 2012-ci ilin statistikasına görə ölkənin 758 min nəfər əhalisi var. /