Cənubi Sudanda 1457 uşaq öldü
Birləşmiş Millətlər Uşaqlara Yardım Fondu (UNİCEF) Sudanda 2013-ci ilin dekabr ayından bu yana daxili münaqişələrdə ümumilikdə 1457 uşağın öldüyünü açıqlayıb. Maide.az xəbər verir ki, açıqlamada, Cənubi Sudanda çoxu oğlan olan 15-16 min arasında uşaq silahlı qruplarda əsgər kimi istifadə edilir. 1592 uşağın qaçırıldığı və 721-nin də təcavüz və cinsi zorakılığa məruz qaldığı bildirilib.