Cənubi Koreyada MERS virusu can almağa davam edir
Maide.az-ın məlumatına görə, yerli rəsmilər Cənubi Koreyada MERS virusu qurbanlarının sayının bazar günü 15-ə çatdığı barədə xəbər verib. Bundan əlavə, Səhiyyə Nazirliyinin məlumatına görə, əlavə daha 7 yoluxma hadisəsi qeydə alınıb ki, bu da ümumilikdə 145 nəfərin xəstələndiyini göstərir. Qeyd edək ki, ÜST-ün yaydığı bəyanatda deyilirdi ki, Yaxın Şərq respirator sindromlu Korona virusu (MERS) ilə tanış olmaayn koreyalı həkimlər xəstəliyin yayılmasına şərait yaradıblar. "Bundan əlavə, Seul xəstəxanaları ağzınacan dolu idi, bu da infeksiyanın geniş yayılmasına səbəb olub", - deyə sənəddə bildirib. ÜST bildirir ki, bu epidemiya çətin xüsusiyyətə malikdir və yeni yoluxma hallarına hazır olunmalıdır.