Maide.az

Cəlilabadda baş verən cinayətin tam TƏFƏRRÜATLARI

Maide.az-a Cəlilabad rayonundan olan Ramal Bağırovdan şikayət daxil olub.  Şikayətçi öz obyektində bıçaqlandığından hazırda Cəlilabad rayon mərkəzi xəstəxanasında yatır. O, özünə qarşı olan ədalətsiz münasibətdən şikayət edir.   Ramil Bağırov deyir ki, saat 22 radələrində öz obyektində alver edirdi, bu zaman kefli halda olan Qoşqar Şahin oğlu Mürsəlov ondan gəlib mal istəyib, o isə verməyib. Səbəbi isə aldığı malların pulunu verməməsidir. Şikayətçinin sözlərinə görə, Q.Mürsəlovun adı indi də nisyə dəsftərində var: «Sonuncu dəfə də mal alanda pulunu vermədi. Səbəbini soruşanda isə dedi ki, mən taksilərdən 50 qəpik yığıram, dükanlardan mal alıb pulunu vermirəm, sən isə məndən pul istəyirsən. Mənim kim olduğumumu bilmirsən? Mən də dedim ki, o nə deməkdir ki, tanıyıram. Ancaq bura dövlət obyektidir, mən vergi verirəm, planım var. Sən xeyir ola məndən elə belə mal aparmaq istəyirəsn»   Şikayətçinin sözlərinə görə, bundan sonra qarşı tərəf ona yumruq atıb, başında şüşə sındırıb,  daha sonra isə bıçaqlayıb.   Zərərçəkəni əsas təəccübləndirən məsələ isə dünən televiziyada gördükləri olub: «Televiziyada elə göstərdilər ki, guya biz onu vurmuşuq. Həmin müxğirlər nə həkim danışdırıblar, nə qarşı tərəfi dinləyiblər. Mən saat 22.30-da vurulmuşam, 22.35-də Göytəpə xəstəxanasına çatdırılmışam. Orada ilkin tibbi yardımdan sonra, qan dayanmadığından Cəlilabad Mərkəzi xəstəxanasına çatdırılmışam. O, isə məndən 4 saat sonra xəstəxanaya yerləşdirilib. Əlaqədar orqanlardan xahiş edirəm, gəlib bu məsələni araşdırsınlar. Görsünlər ki, özü –öüzünü  bıçaq, yaxud şüşə qırığı ilə cızıb. Ona qarşı iki cinayət işi açılmalıdır: Həm məni vurduğuna, həm də özünü doğradığına görə».   Ramal Bağırovun atası da Qoşqar Şahin oğlu Mürsəlovun rayonda reketçilikdə məşğul olduğunu, taksilərdən, avtobuslardan pul yığdığını, özbaşınalıqları cəzasız qalmadığından rayon əhalisinin onun əlindən zinhara gəldiyini deyir. Rafiq Bağırov Respublikanın əlaqədar orqanlarından bu işi araşdırmasını tələb edib.