Maide.az

Cəmil Çiçək yaralı əsgərlərimizə baş çəkdi

Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək Türkiyədə müalicə alan azərbaycanlı əsgərlərə baş çəkib.    Cəmil Çiçək diversiya-təxribat cəhdləri və hücumlarının qarşısını alarkən yaralanan əsgərlərimizə tez bir zamanda sağalmasını diləyib.   TBMM sədri həkimlərə müvafiq göstərişlər verib.   Qeyd edək ki, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində erməni kəşfiyyat-təxribat qrupunun mövqelərimizə basqınları nəticəsində bir neçə əsgərimiz yaralanmışdı. Yaralanan əsgərlərimizdən üçü avqustun 9-dan müalicələrini Türkiyədə davam etdirirlər. erməni kəşfiyyat-təxribat qrupunun mövqelərimizə basqını qarşı tərəf xeyli itki verərək geri çəkilmişdi.