Maide.az

Böyük Britaniyada terror ittihamı ilə həbs edilənlərin sayı rekord vurub

Böyük Britaniya hüquq-mühafizə orqanları tərəfindən 2017-ci il ərzində 412 nəfər terrorçuluq maddəsi ilə saxlanılıb.   Maide.Az "Trend"-ə isitnadən xəbər verir ki, bu, 2016-cı ildəki göstəricidən 58 faiz çoxdur.   Belə ki, 2016-cı ildə 261 nəfər saxlanılıb.   2017-ci ildə saxlanılanlardan 135 nəfər barəsində həbs qətimkan tədbiri görülüb.   Terror ittihamı ilə bağlı həbslərin sayının artmasına səbəb 2017-ci ildə ölkədə 5 terror aktının törədilməsidir.