Böyük Britaniyada əriməyən dondurma icad edildi
Böyük Britaniyada əriməyən dondurma icad edilib. Yaxın gələcəkdə dondurma ölkənin əyləncə parklarından birində satışa çıxarılacaq. Trend bu barədə “The Daily Mirror”-a istinadən məlumat verir. Şirniyyatın resepti gizli saxlanılır. Dondurma şef-aşpaz Heston Blümentalın “innovativ mətbəxi”ndə hazırlanıb. Qeyd edək ki, bu mətbəxdə yeməklərin hazırlanması zamanı elmi texnologiyalardan istifadə edilir. /