Maide.az

Böyük Britaniyada 7 yaşlı uşaq Quran hafizi oldu

7 yaşlı britaniyalı uşaq bütün Qurani-Kərimi hifz etməyi bacarıb. Maide.Az "Deyerler.org" istinadən xəbər verir ki, Böyük Britaniyanın cənubundakı Luton şəhərində yaşayan 7 yaşlı uşaq Yusif İslam Qurani-Kərimi bütöv hifz edərək, hafiz olub.   Uşağın anası belə deyib: “Yuxu kimidir, oğlumun bu yaşda Qurani-Kərimi tam hifz edə biləcəyini düşünməmişdim. Allahın mərhəməti ilə biz bu yolu qət etdik”.   Yusifin böyük bacısı Mariya da 2 il əvvəl 7 yaşında Qurani-Kərimi tam hifz edə bilmişdi. Bu yolda o, qardaşına kömək edib. Bu uşağın anası Facebook səhifəsində uşaqlarına Quran öyrətmək üçün kömək etməsini istəyən yüzlərlə müsəlman ananın müraciətini cavabsız qoymur.