Maide.az

Bu yollarda buzlaşma var - SİYAHI

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi (AAYDA) hava şəraitilə əlaqədar olaraq yollardakı son vəziyyətə dair məlumatı açıqlayıb.   AAYDA-nın İctimaiyyətlə Əlaqələr Şöbəsindən Modern.az-a verilən məlumata görə, bəzi yollarda buzlaşma səbəbilə qum səpilib, müvafiq tədbirlər həyata keçirilib. Sözügedən yollar aşağıdakılardır:     1. Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu -Yağıntı yoxdur, yolun Quba və Qusar rayonları ərazisindən keçən, buzlaşma olan hissələrinə səhər saatlarında duz-qum səpilərək təhlükəsiz hərəkət təmin olunub. Quba rayonunun Xınalıq kəndinə və Qusar rayonunun Şahdağ ərazisinə gedən yollarda səhər saatlarında buzlşmaya qarşı müvafiq tədbirlər həyata keçirilib.   2. Giləzi – Xızı - Səhər saatlarında yollara qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.   3. Bakı – Qobustan - Yağıntı yoxdur, səhər saatlarında yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.   4. Qobustan - Şamaxı - Muğanlı - Yağıntı yoxdur, səhər saatlarında yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.   5. Muğanlı - Ağsu – Yevlax -Yağıntı yoxdur, səhər saatlarında yolun Ağsu dolaylarından keçən buzlaşmış hissələrə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.   6. Muğanlı – İsmayıllı - Yağntı yoxdur, səhər saatlarından başlayaraq yolun 14-16 km hissəsinə buzlaşmış sahələrə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.   7. İsmayıllı – Qəbələ-Oğuz – Şəki - Yağıntı yoxdur, səhər saatlarında yolun İsmayıllı-Qəbələ hissəsində buz bağlamış sahələrə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.   8. Bakı - Ələt – Hacıqabul - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.   7. Hacıqabul – Ucar – Yevlax -Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.   8. Yevlax – Gəncə - Qazax -Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.   9. Şəki – Qax – Zaqatala – Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu - Yağıntı yoxdur. Nəqliyyat vasitələrinin hərəkəti normaldır.   10. Yevlax – Şəki (Göybulaq) -Yağıntı yoxdur. Nəqliyyat vasitələrinin hərəkəti normaldır.   11. Gəncə-Daşkəsən – Xoşbulaq - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.   12. Şəmkir - Gədəbəy - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.   13. Ələt – Astara – İran İslam Resp. ilə dövlət sərhədi avtomobil yolu - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti normaldır.   14. Masallı – Yardımlı - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.   15. Lənkəran – Lerik -Yağıntı yoxdur, səhər saatlarında hava dumanlı olub, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.   16. Hacıqabul – Bəhramtəpə – Horadiz - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti normaldır.