Maide.az

Bu yollar bağlandı

Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində yerləşən dairə (Karl Marks dairəsi) təmir-tikinti işləri ilə əlaqədar olaraq bağlanıb.   Maide.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.   O bildirib ki, fevralın 5-dən 6-na keçən gecə qeyd edilən yollar bağlanıb: "Avtonəqliyyat vasitələrinin hərəkəti müvafiq olaraq Atatürk prospekti (Ayna Sultanova) və Alı Mustafayev küçəsi (Xutor dairəsi) istiqamətinə yönəldiləcək.   Təmir-tikinti işləri sözügedən hissədə avtonəqliyyat vasitələrinin sıxlığını azaltmaq məqsədi ilə aparılacaq. İşlərin qısa müddətdə yekunlaşdırılması planlaşdırılır".