Bu tətbiq insanlara məsləhətlər verir
Araşdırmaçılar yeni bir tətbiq hazırlayıblar ki, bu tətbiq istifadəçiləri pisxoloji məsləhətlər verir. Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, Kenyalı bir neçə alim Android əməliyyat sistemi ilə işləyən telefonlar üçün “TrustCircle” tətbiqini hazırlayıblar. Bu tətbiq pisxoloji xəstəlikdən əziyyət çəkən insanlara, ailə daxili münaqişə problemi olan insanlara məslətlər verərək yardım edir. Bu tətbiq insanları şəxsi məlumatlarını gizli saxlayır. Tətbiqin ən önəmli üstünlüyü və fərqliliyi ondadır ki, şəxslərin kimliyini gizli saxlayır. Bu proqrama müraciət edən şəxslər rahatlıqla öz problemlərini açıqlaya bilərlər. Araşdırmaçılar “pisxoloji xəstəliklərin geniş yayılmasının qarşısını almaq məqsədi ilə” bu tətbiqi hazırladıqlarını deyiblər. Tətbiqi pulsuz yükləmək olur.