Maide.az

Bu sahələrdə xüsusi sanitar rejim tətbiq ediləcək - Rəsmi

Nazirlər Kabineti "Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi barədə" qərar qəbul edib.    "Qafqazinfo" xəbər verir ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejimi dövründə aşağıda göstərilən sahələrdə və istiqamətlərdə xüsusi sanitar rejim tətbiq ediləcək:    - qida məhsullarının ticarəti üzrə fəaliyyət;   -  ictimai-iaşə müəssisələrinin fəaliyyəti;   - turizm və hotelçilik fəaliyyəti;   - ictimai nəqliyyatın fəaliyyəti;   - vətəndaşların qəbulunu həyata keçirən qurumların fəaliyyəti;   - müxtəlif ticarət və xidmət sahələrinin, ofislərin fəaliyyəti.   Baş dövlət sanitariya həkiminə “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanunun tələblərinə uyğun olaraq aşağıdakı metodiki göstərişləri təsdiq etmək tapşırılıb:   “Qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə (topdan və pərakəndə satış obyektləri, bazar, yarmarka və s.) koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”;   - “Qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə (topdan və pərakəndə satış obyektləri, bazar, yarmarka və s.) koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”;   - “İctimai iaşə müəssisələrində koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”;   - “Turizm və hotelçilik sektorunda koronavirus (COVID19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”;   - “İctimai nəqliyyatda koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”;   - “Vətəndaşların qəbulunu həyata keçirən qurumlarda koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”;    - “Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodik göstərişlər”.