Maide.az

Bu rayonun qaz təchizatında fasilələr olacaq

Astara magistral qaz kəmərləri sahəsində təmir aparılacaq   Təmir müddətində Səlyan rayonunun Şorsulu kəndinin qaz təchizatında məhdudiyyətlər olacaq   Dekabrın 30-da saat 10:00-dan 12:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin “Şorsulu” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.   Maide.Az SOCAR-a istinadən xəbər verir ki, təmir müddətində Səlyan rayonunun Şorsulu kəndinin qaz təchizatında məhdudiyyətlər olacaq.