Maide.az

Bu rayonda su olmayacaq

Bu gün Bakının Nəsimi rayonunda içməli suyun verilməsi məhdudlaşdırılacaq.   Maide.Az xəbər verir ki, “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, magistral su xəttinin yerinin dəyişdirilməsi və birləşmələrin verilməsi ilə əlaqədar iyulun 19-da gün ərzində Nəsimi rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.   Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.