Maide.az

Bura nə Mosuldur nə Hələb, bura Səudiyyənin muhasirəsindəki Əvamiyyədir

Bura nə Mosuldur nə Hələb, bura Səudiyyənin muhasirəsindəki əl-Əvamiyyədir   Səudiyyə rejiminin qüvvələri iki aydan artıqdır ki, Qətif əyalətində əsasən şiələrin məskunlaşdığı əl-Əvamiyyəni muhasirədə saxlayır.   Silahlılara qarşı əməliyyatlar adı ilə aparılan silahlı basqınlardan sonra Səudiyyə rejimi qüvvələri əl-Əvamiyyənin əl-Məsurə qəsəbəsini sakinlərədən tam şəkildə təxliyə edib.   Ötən gün Səudiyyə qüvvələri əl-Əvamiyyədə "azad etdiyi" məscidlərə daxil olub və Şeyx Baqir Nimr ən-Nimrin şəkilləri üzərində rəqs etməkdən belə çəkinməyiblər.   Səudiyyə rejimin qüvvələrinin basqınından sonra əl-Əvamiyyənin düşdüyü vəziyyət onu muharibələrin getdiyi Mosul və Hələb kimi şəhərlərə bənzədib.   Əl-Əvamiyyə şəhəri xüsusilə də onun əl-Məsurə qəsəbəsi muxalifətin aksiyalarının şahidi olduğu üçün məntəqə sökülmə və əhalisinin köçürülməsi ilə üzləşib.   Səudiyyənin müvafiq qurumları iddia edirlər ki onlar tarixi əl-Məsurənin yerinə təzə qəsəbə salacaq. (islaminsesi) /