Bu qurğu ilə hər yerdə təmiz içməli su təmin etmək olacaq– FOTO
İnsanlar bəzi vaxtlar axar çay və ya göldən təmizlənməmiş və çirkli su içmək məcburiyyətində qalır. Lakin bundan sonra suyun təmizlənməsi 22 santimetrlik bu qurğu ilə dünyanın ən ucqar yerində belə mümkin olacaq. Maide.Az xəbər verir ki, Danimarkanın LifeStraw şirkəti su təmizləyən qurğu istehsal edib. Bu qurğu vasitəsi ilə dünyanın hər yerində sağlam içməli su təmin etmək mümkindir. Qurğu suda olan bakteriyaların 99 faizini təmizləyir və bir başa təmiz su içməkimkanı yaradır. Qurğunu dünyanın kasıb ölkələrində də əldə etmək mümkindir ona görə ki, qiyməti 20 dollardır.