Bu qəsəbədə gün ərzində işıq olmayacaq
Abşeron rayonunun Məhəmmədi qəsəbəsində yenidənqurma və elektrik enerjisinin dayanıqlığı məqsədilə (35/10 kV-luq “Məhəmmədi” yarım/stansiyası ilə yeni xətlərin əlaqələndirilməsi) rayonun Masazır qəsəbəsinin bəzi ərazilərində də 06 dekabr 2018-ci il tarixində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq. Maide.Az bildirir ki, bu barədə “Azərişıq” ASC-dən məlumat verilib. Yaranmış narahatçılığa görə “Azərişıq” ASC istehlakçılardan üzr istəyir.