Maide.az

Bu qəsəbələrdə elektrik enerjisinin verilişində fasilələr olacaq

Abşeron rayonunun Saray, Yeni Saray və Ceyranbatan qəsəbələrinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.   Maide.Az bildirir ki, “Azərişıq” ASC-dən Trend-ə verilən məlumata görə, Abşeron rayonu ərazisində dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatı ilə əlaqədar olaraq bu gün saat 12.30-dan 14.30-a qədər məhdudiyyət tətbiq ediləcək.   Yaranmış narahatçılığa görə “Azərişıq” ASC İstehlakçılardan üzr istəyir.