Maide.az

`Buqələmun dondurma`

İspaniyalı fizik və mühəndis Manuel Linares "buqələmun dondurma" hazırlayıb. Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata əsasən, yeni dondurma yeyildikcə rəngini dəyişir. Belə ki, dondurma rəngini mavidən çəhrayıya, sonra isə bənövşəyi rəngə dəyişir. Fizik iddia edir ki, dondurmanın tərkibində yalnız təbii inqrediyentlər var. M.Linares bu dondurmanı 1 həftəyə hazırlayıb. Dondurmanın dadı 7 müxtəlif meyvəni xatırladır.