Maide.az

Bundestag rəhbəri: İslam Almaniyanın bir parçasıdır

“İslam Almaniyanın  bir parçasıdır. Hər kəsin bu reallığı qəbul etməsi lazımdır.”   Maide.Az  "dunyabulteni"nə istinadən xəbər verir ki, bu sözləri  Almaniya Federal Məclisinin  (Bundestag) sədri Wolfgang Schaeuble deyib.    Onun sözlərinə görə,  Almaniyada yaşayan müsəlmanlar  ölkənin bir parçasıdır və öz adət-ənənələri ilə sərbəst şəkildə yaşamaq hüququna malikdir. “Tarixin axışını saxlaya  bilmərik. İslamın artıq ölkəmizin  bir hissəsi olduğunu qəbul etməliyik. Burda əhalinin böyük bir hissəsini müsəlmanlar təşkil edir. Müsəlmanlar ölkə konistitusiyasına uyğun olaraq azad şəkildə yaşaya bilər və digərləri bunu qəbul etməlidir.”    Qeyd edək ki, Almaniyanın yeni təyin olunmuş daxili işlər naziri Horst Seehofer “İslam Almaniyaya aid deyil” ifadəsini işlətmişdi.  Ardınca  Konsler Angela Merkel “müsəlmanlar Almaniyaya aid olduğu kimi, dinləri İslam da  bizimdir” deyərək H.Seehoferin sözlərinə cavab vermişdir.