Maide.az

Bu məscid dünyanın ən yaxşı tikililəri siyahısına daxil edildi - FOTO

Britaniya Krallığı Memarlar İnstitutu (RIBA) memarlıq üzrə “RIBA-2018”  beynəlxalq siyahını yayımlayıb.    Maide.Az “islam-today”-ə istinadən xəbər verir ki,  siyahıda dünyanın 28 ölkəsindən 62-dən çox memarlıq nümunəsi yer alıb.    Onların sırasında xüsusiilə qeyri-adi memarlığına görə İstanbul yaxınlığında yerləşən məscid qeyd olunub.    Məscid inşa edən məşhur türk memarı Əmrə Arolat mükafata layiq görülüb.    7 metr dərinlikdə tikilmiş məsciddə eyni vaxtda 650 nəfər ibadət edə bilir.    Qeyd edək ki, iki ildən bir keçirilən bu mükafatlandırmada dünyanın ən yaxşı memarlıq incilərini tikən memarlar mükafatlandırılır.